1,5 milyon funt qiyməti olan "Macallan Adami 1926"  Şotlandiyanın viskisi Sotheby's hərrac rekordunu qıra bilər

1,5 milyon funt qiyməti olan "Macallan Adami 1926"  Şotlandiyanın viskisi Sotheby's hərrac rekordunu qıra bilər

20 Oktyabr 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Hər kolleksiyaçı bunu xəyal edir, bir şüşə “dünyanın ən çox axtarılan” viskisi Londonda hərraca çixarılacaq. Hərraca 1926-cı ildə buraxılmış "Macallan Adami" viskisi çıxarılır. Hərrac Sotheby's tərəfindən noyabrın 18-də keçiriləcək. 96 yaşlı viskinin təxmini dəyəri 750.000 funt sterlinq ilə 1,2 milyon funt sterlinq arasındadır, lakin faktiki qiymət daha da yüksək ola bilər.

2019-cu ildə eyni içki zavodunun istehsal etdiyi butulka 1,5 milyon funt-sterlinq dəyərində dünya rekordu vurub.

Sotheby's-də viski içkiləri satışının rəhbəri Conni Faul deyir: "Mən sınaq üçün bir damcı dadına baxdım . Bu, qurudulmuş meyvə notları ilə çox zəngin bir içkidir , ədviyyatları hiss edə bilərsiniz. Rəngindən də göründüyü kimi, viski qaranlıq Avropa palıd çəlləklərində 60 il saxlanıb . Bu, yüngül qəbul edilməli olan viski deyil, hər qram bir nağıldır!"

E.Axund