Günəş enerjisi ilə 1000 kilometr yolsuzluq

Günəş enerjisi ilə 1000 kilometr yolsuzluq

23 Oktyabr 2023 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Günəş enerjisi ilə işləyən dünyanın ilk yolsuzluq avtomobili olduğu bildirilən «Stella Terra» 1000 kilometrlik sınaq sürüşünü uğurla başa vurub. Günəş enerjisi ilə işləyən və qanuni olaraq yola yararlı olan dünyanın ilk yolsuzluq avtomobili olan «Stella Terra» Mərakeş və Sahara səhrasında sınaqdan keçirilib. Maşın yalnız günəş enerjisindən istifadə edərək, enerji doldurma məntəqələrinin olmadığı ərazilərdə 1000 kilometr məsafəni qət etməyi bacarıb. Hollandiyanın «Eindhoven» Texnologiya Universitetinin tələbələri tərəfindən dizayn edilmiş avtomobil yüksək temperaturlara qarşı davamlılığını sübut edib. Günəş panelləri ilə təchiz edilmiş və çəkisi 1200 kiloqram olan avtomobil maksimal sürəti 145 km/saat təşkil edir. Test sürüşündən əvvəl 630 kilometr qət edə bildiyi təxmin edilən avtomobilin normal yollarda 710 kilometr, günəşli günlərdə isə 550 kilometr yol qət edə bildiyi ortaya çıxıb. Günəş enerjisi ilə işləyən avtomobillər üçün ən böyük problem panellər üçün məhdud səth sahəsidir. Digər çətinlik ondan ibarətdir ki, uzun məsafələrdə lazım olan gücü təmin etmək üçün istifadə ediləcək yüksək səmərəli panellər bahalıdır. Bazarda ən səmərəli panellər 45 faiz səmərəliliyə malik olsa da, əksər panellər 15-20 faiz səmərəliliyi təmin edə bilir.

Murad Şahməmməd