Doqquz bal gücündə zəlzələyə tab gətirə bilən ev

Doqquz bal gücündə zəlzələyə tab gətirə bilən ev

26 Oktyabr 2023 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

«COBOD International Progreso» şirkəti Qvatemalada 3D printer vasitəsilə 26 saat ərzində zəlzələlərə dözə bilən ev tikilib. Bu şirkət 9.0 bal gücündə zəlzələyə tab gətirə bilən evin 3D-çapına malikdir. Qvatemalada 3D çap texnologiyasından istifadə edərək cəmi 26 saat ərzində zəlzələyə davamlı ev yaradılıb.

Evin 3D-çap edilməsi ilk dəfə deyil. Layihənin arxasında duran komanda isə zəlzələlərə davamlı bir bina dizayn etməyi bacardıqlarına inanır.

Hazırlanmış üzvi formalı divarlar və xurma yarpaqlarından hazırlanmış dam örtüyü, bölgənin daha ənənəvi texnikaları ilə birləşdirilib. 49 kvadratmetrlik evin tikintisi üçün 3D printerlərin təchizatçısı olan «COBOD International Progreso» şirkəti , Danimarka memarlıq «3DCP Group» sement şirkəti ilə çap işlərini həyata keçirmək üçün əməkdaşlıq edir.

Murad Şahməmməd