«Amazon»-un gəliri artdı, «Intel»-in gəliri azaldı

«Amazon»-un gəliri artdı, «Intel»-in gəliri azaldı

27 Oktyabr 2023 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın e-ticarət nəhəngi «Amazon»-un gəliri ilin üçüncü rübündə 13 faiz artdığı halda, mikroçip istehsalçısı «Intel»-in gəliri 8 faiz azalıb. «Amazon» və «Intel» şirkətləri iyul-sentyabr dövrü üçün balans hesabatlarını açıqlayıblar.

Buna görə «Amazon»-un bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 13 artaraq 143,1 milyard dollara çatıb. Şirkətin xalis satışları 2022-ci ilin üçüncü rübündə 127,1 milyard dollar olub.

Üçüncü rübdə «Amazon»-un xalis mənfəəti 9,9 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 2,9 milyard dollar mənfəət açıqlamışdı. Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti bu ilin üçüncü rübündə 94 sent olaraq hesablanıb. Şirkət ötən ilin eyni dövründə hər səhmə görə 28 sent mənfəət əldə edib.

Dünyanın ən böyük mikroçip istehsalçılarından olan «Intel»-in gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 14,2 milyard dollara düşüb.

«Intel» ötən ilin eyni dövründə 15,3 milyard dollar gəlir əldə edib. Bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 13,5 milyard dollar olacağı gözlənilirdi.

Şirkətin üçüncü rübdə xalis mənfəəti 300 milyon dollar olaraq qeyd edilib. «Intel» ötən ilin eyni rübündə 1 milyard dollar xalis mənfəət açıqlamışdı.

Keçən ilin üçüncü rübündə səhm başına 25 sent mənfəət elan edən şirkət bu il səhm başına 7 sent gəlir əldə edib.

Murad Şahməmməd