«Apple Vision Pro» insanların psixi sağlamlığını müalicə edəcək

«Apple Vision Pro» insanların psixi sağlamlığını müalicə edəcək

27 Oktyabr 2023 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

«Apple Vision Pro» qarışıq reallıq eynəkləri insanların ruhi xəstəliklərini müalicə etməyi hədəfləyir. Bildirilib ki, sensorlar və kameralar vasitəsilə istifadəçilərin üz ifadələri, hiss və emosiyaları ölçülə bilər. İstifadəçilər depressiya və narahatlıqlarını müalicə edə bilərlər.

«Apple» şirkəti çoxdan gözlənilən «Apple Vision Pro» artırılmış reallıq eynəklərini təqdim etməyə hazırlaşarkən, şirkət rəsmilərinin psixi xəstəliklərin diaqnozu və müalicəsi üçün 3500 dollarlıq eynəkdən istifadə etməyi düşündüyü bildirilir.

«Bir sıra sensorlar və kameralarla təchiz edilən qulaqlıq, istifadəçilərin üz ifadələrini, hisslərini, emosiyalarını ölçmək və narahatlıq, depressiya, travma sonrası stress pozğunluğu və digər stress növlərini aşkar etmək üçün istifadə edilə bilər» - deyə şirkət tərəfindən informasiya verilir.

Əlavə olaraq bildirilib ki, texnologiya çəkidəki dəyişiklikləri, göz bəbəyinin genişlənməsini ölçə və Parkinson xəstəliyinin potensial əlamətlərini aşkar etmək üçün bir vasitə kimi istifadəçilərin hərəkətlərini qiymətləndirə bilər.

Murad Şahməmməd