Avropada enerji qiymətləri pik həddə çatsa da hazırda sabit qalır

Avropada enerji qiymətləri pik həddə çatsa da hazırda sabit qalır

31 Oktyabr 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada elektrik enerjisi və təbii qazın əvvəlki qiymətləri Rusiyanın Ukraynaya geniş miqyaslı müdaxiləsindən sonra yüksəldi. 2022-ci ilin ikinci yarısından enerji qiymətləri çox yüksək həddə olub. Vergilər də daxil olmaqla müştərilər üçün son qiymətlər 2023-cü ilin birinci yarısında artıq pik həddə çatıb.

Rusiyanın Ukraynaya təcavüzündən sonra kəskin artım yaşayan elektrik və qaz xərcləri 2023-cü ilin birinci yarısında pik həddinə çatdıqdan sonra hazırda Avropada sabit qalır.

Vergidən əvvəlki qiymətlər azalsa da, bəzi ölkələr ev təsərrüfatlarına təklif etdikləri dəstək tədbirlərini artıq dondurub və nəticədə istehlak qiymətləri yüksəlib.

Avropa İttifaqı bu il qışa daha hazır görünür, çünki o, Rusiya enerjisini böyük ölçüdə əvəzləyib, lakin qeyd etmək lazımdır ki, həm blok daxilində, həm də blokdan kənarda ayrı-ayrı ölkələr arasında elektrik enerjisi və təbii qaz qiymətləri arasında fərq olduğu üçün qiymətlərin hələ hansı vaxta qədər sabit qalacağı bilinmir.

Murad Şahməmməd