İsrail HƏMAS-ın yüksək səviyyəli komandirini məhv edib

İsrail HƏMAS-ın yüksək səviyyəli komandirini məhv edib

31 Oktyabr 2023 19:48
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Beyt Lahiya komandirlərindən biri Nisam Əbu Ajinunun ləğv edildiyini açıqlayıb. Yaraqlı Qəzza zolağının şimalında gecə hava hücumu zamanı öldürülüb.

ID-nin məlumatına görə, Əbu Ajina oktyabrın 7-də Kibbutz Erez və Netiv Haasara ölümcül hücum həyata keçirən Həmas terrorçularına komandanlıq edib. O, əvvəllər HƏMAS-ın hərbi hava qüvvələrinə komandanlıq edib və oktyabrın 7-də baş verən hücumlarda istifadə edilən terror qruplaşmasının pilotsuz təyyarələri və paraplanların hazırlanması üzərində işləyib.

İDF bildirir ki, hava hücumu Şin Bet təhlükəsizlik agentliyi və Hərbi Kəşfiyyat İdarəsi tərəfindən toplanan kəşfiyyat məlumatlarından sonra həyata keçirilib.

Hərbçilər deyir ki, “onun məhv edilməsi HƏMAS terror qruplaşmasının Qəzza zolağında İDF-nin quru əməliyyatlarını pozmaq səylərinə əhəmiyyətli zərbədir”.

Əziz Mustafa