Qazaxıstan maye qazın ölkə hüdudlarından kənara ixracına altı ay müddətinə tam qadağa tətbiq edib

Qazaxıstan maye qazın ölkə hüdudlarından kənara ixracına altı ay müddətinə tam qadağa tətbiq edib

15 Noyabr 2023 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan altı ay müddətinə maye qazın avtomobil və dəmir yolu ilə ixracına qadağa qoyub, Qazaxıstan Respublikasının Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bu, daxili bazarda qaz qıtlığı ilə bağlıdır.

“Qazaxıstan Respublikasının daxili bazarında maye qazın sosial əhəmiyyətini nəzərə alaraq, Energetika Nazirliyi altı ay müddətinə maye qazın avtomobil və dəmir yolu nəqliyyatı ilə ixracını qadağan edən əmr layihəsi hazırlayıb. Bu sərəncam ilk dərc edildiyi gündən - 14 noyabr 2023-cü il tarixindən qüvvəyə minir”, - Energetika Nazirliyindən bildirilib.

Bundan əvvəl energetika nazirinin 7 oktyabr 2020-ci il tarixli əmri ilə qazın avtomobil nəqliyyatı ilə ixracına üç il müddətinə qadağa qoyulmuşdu.

Nazirlik əhalinin və bir çox sənaye müəssisələrinin bu yanacaq növünə sürətlə keçidini qeyd edir.

“Daxili bazarın mövsümdən asılı olaraq ayda 130-140 min tona ehtiyacı varsa, Qazaxıstan Respublikasının Energetika Nazirliyi tələbatın 90%-ni ödəyir”, - deyə mətbuat xidmətindən bildirilib.

Oxuməni.az