2023-cü ilin ilk 10 ayında Monqolustanın xarici ticarət dövriyyəsi 20 milyard dolları ötüb

2023-cü ilin ilk 10 ayında Monqolustanın xarici ticarət dövriyyəsi 20 milyard dolları ötüb

16 Noyabr 2023 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

.
2023-cü ilin ilk on ayında Monqolustanın xarici ticarət dövriyyəsi illik müqayisədə 16,9 faiz artaraq 20 milyard ABŞ dollarını keçib. Bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

Asiarussia.ru xəbər verir ki, bu müddət ərzində Monqolustanın ixracı 24,3 faiz artaraq 12,5 milyard dollar təşkil edib. İdxal 6,5 faiz artaraq 7,6 milyard dollara çatıb.

Milli Statistika Komitəsinin məlumatına görə, bu günə qədər Çin hələ də Monqolustan mallarının əsas idxalçısıdır.

Oxuməni.az