Fransızlar Qazaxıstanda külək elektrik stansiyası tikəcəklər

Fransızlar Qazaxıstanda külək elektrik stansiyası tikəcəklər

24 Noyabr 2023 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa şirkəti Qazaxıstanın cənubunda qlobal istiləşmə ilə mübarizədə iki ölkənin əməkdaşlığı çərçivəsində külək elektrik stansiyası tikməyi planlaşdırır. Bu barədə “MIR 24” yazır. Qanun layihəsi Qazaxıstan Parlamenti Məclisinin dəstəyini qazanıb.

Külək parkı Cambil rayonunun Mirnı kəndi yaxınlığında yerləşəcək və 1 QVt enerji istehsal edəcək. Bu layihəyə 820 milyard tenge sərmayə qoyulacaq.

Qazaxıstan Respublikasının energetika naziri Almasadam Satkaliyev qeyd edib ki, hökumətlərarası sazişin hazırlanması mərhələsində Qazaxıstan podratçısı və avadanlıqlarının cəlb edilməsi razılaşdırılıb.

Qazaxıstan prezidentinin ötən ilin noyabrında Parisə səfəri zamanı iki ölkə hökumətləri arasında xüsusi saziş imzalanıb. Bu, Qazaxıstana qarşıdakı yeddi il ərzində bərpa olunan enerji mənbələrinin payını 15%-ə çatdırmaq və karbon qazı emissiyalarını azaltmaq kimi əsas məqsədinə nail olmağa kömək edəcək.

Oxuməni.az