«Google» şirkətindən mətbuat üçün yaxşı bir inkişaf yolu

«Google» şirkətindən mətbuat üçün yaxşı bir inkişaf yolu

30 Noyabr 2023 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Kanada hökuməti "Onlayn xəbərlər qanunu" çərçivəsində «Google» ilə hər il ölkəyə təxminən 74 milyon dollar ödəməyə razılaşdıqlarını bildirib.

Kanada hökuməti ilə «Google» arasındakı razılaşmaya əsasən, şirkət Kanadanın xəbər təşkilatlarına və şirkətlərinə hər il təxminən 74 milyon dollar töhfə verəcək. Kanadanın mədəniyyət naziri, şirkətlərin platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanada mediasına ödəniş etmələrini tələb edən qanuna uyğun olaraq «Google» ilə razılığa gəldiklərini açıqlayıb.

Nazir, mətbuat konfransında razılaşmanın mətbuat üçün yaxşı bir inkişaf olduğunu ifadə edərək, "Artıq Facebook-un xəbər sistemlərimizi niyə dəstəkləmədiyini və platformasında dezinformasiyaya yer açdığını izah etmək növbəsidir" deyə bildirib.

Oxuməni.az