Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb - SƏRƏNCAM

30 Noyabr 2023 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev “Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, on səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.