Türkiyədə təkcə 4 şəhərdə ixrac 1 milyard 260 milyon dolları keçib

Türkiyədə təkcə 4 şəhərdə ixrac 1 milyard 260 milyon dolları keçib

5 Dekabr 2023 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 11 ayında Trabzon, Rizə, Artvin və Gümüşhanedən 1 milyard 260 milyon 946 min 90 dollarlıq ixrac həyata keçirilib.

Şərqi Qaradəniz İxracatçılar Birliyi (DKİB) sədri Saffet Kalyoncu, etdiyi yazılı şərhdə, 2023-cü ilin yanvar-noyabr dövründə Trabzondan 965 milyon 176 min dollar, Rizədən 193 milyon 927 min dollar, Artvindən 58 milyon 536 min dollar, Gümüşhanedən isə 43 milyon 306 min dollarlıq ixracın edildiyini bildirib.

Trabzonun ixracında ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 1, Artvinin ixracatında isə yüzdə 7 artım olduğuna diqqət çəkən Kalyoncu, Rizənin ixracında yüzdə 11, Gümüşhanenin ixracında isə yüzdə 29 azalma olduğunu ifadə edib.

Saffet Kalyoncu, 2023-cü ilin son aylarında ixrac xərclərinin yüksək artımının ixracın rəqabət qabiliyyətinə mənfi təsir etdiyini və bu vəziyyətin ixracın artım sürətini aşağı saldığını bildirib.

Oxuməni.az