Baydenin 105 milyard dollarlıq büdcə tələbi rədd edildi

Baydenin 105 milyard dollarlıq büdcə tələbi rədd edildi

7 Dekabr 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatında sözügedən büdcə tələbinin səsə qoyulub-qoyulmayacağının müəyyən edilməsi üçün keçirilən ilkin səsvermədə müstəqil senator Bernie Sanders, eləcə də bir çox respublikaçı “xeyr” səsini verib.

Qanun layihəsinin səsə qoyulması üçün 60 səs tələb olunduğu halda, 49 senator “xeyr”, 51 senator isə “hə” deyib.

Adətən demokratlarla hərəkət edən, lakin bu səsvermədə respublikaçıların tərəfində olan Sanders, rədd etmənin səbəbinin İsrailə ediləcək yardım olduğunu bildirib.

Sanders yazılı açıqlamasında Netanyahu rəhbərliyinə qeyd-şərtsiz milyardlarla dollar verilməsinə qarşı olduğunu ifadə edərək, "İsrailin 7 oktyabrda hücumu həyata keçirən HƏMAS-a qarşı mütləq özünü müdafiə etmək hüququ var. Ancaq minlərlə günahsız fələstinli kişi, qadın və uşağı öldürməyə heç bir hüquqi və mənəvi haqqı yoxdur" deyə bildirib.

Oxuməni.az