Amerikalıların sərvəti üçüncü rübdə azalıb

Amerikalıların sərvəti üçüncü rübdə azalıb

8 Dekabr 2023 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz azalaraq təxminən 151 trilyon dollara düşüb.

ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul-sentyabr ayları üçün “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.

Hesabatda ölkədəki ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə təxminən 151 trilyon dollar olaraq qeyd edilib.

İlin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz azalan ev təsərrüfatlarının sərvəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 146,6 trilyon dollar, ikinci rübdə isə 152,3 trilyon dollar olaraq hesablanıb.

İlin üçüncü rübündə ev təsərrüfatlarının ümumi sərvətindəki azalma, Amerika səhmlərindəki 1,7 trilyon dollar itkini daşınmaz əmlakın ümumi dəyərindəki 500 milyard dollar artımı ilə kompensasiya etməsi ilə bağlıdır.

Amerikanın ev təsərrüfatlarının borcunun artımı bu ilin üçüncü rübündə 2,7 faizdən 2,5 faizə enib.

Sözügedən dövrdə istehlak kreditləri 1,1 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.

Oxuməni.az