4800-dən çox qanunsuz neft kəməri aşkar edilib

4800-dən çox qanunsuz neft kəməri aşkar edilib

10 Dekabr 2023 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Neft və təbii qazla zəngin olan Nigeriyada neft kəmərlərində 4800-dən çox qanunsuz xətt müəyyən edilib.

«Nigerian National Petroleum Company Limited» (NNPCL) qrupunun icraçı direktoru Mele Kyari verdiyi açıqlamada ölkədə neft boru kəmərlərində 4800-dən çox qeyri-qanuni xətt aşkarlandığını bildirib.

Bu vəziyyətin ölkənin ən əhəmiyyətli gəlir mənbəyi ilə bağlı dəhşətli mənzərə yaratdığını vurğulayan Kyari, «Boru kəmərlərimizdə 4800-dən çox qeyri-qanuni əlaqə var. Bu o deməkdir ki, bəzi xətlərdə hər 100 kilometr boru xəttinə 300-ə qədər əlavə qoşulma var» deyə bildirib.

İqtisadiyyatı neftə əsaslanan Nigeriyada oğurluq və təxribat ölkəyə böyük ziyan vurur. Ölkədə orta gündəlik neft hasilatı ötən il 1997-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Kyari 2 il əvvəl ölkənin oğurluq və vandalizm səbəbiylə gündə 13 milyon dollar dəyərində 200 min barel neft itirdiyini bildirmişdi.

Oxuməni.az