Almaniyada qazın qiyməti Berlinin günahı ucbatından 2-3 dəfə artıb

Almaniyada qazın qiyməti Berlinin günahı ucbatından 2-3 dəfə artıb

13 Dekabr 2023 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya hökuməti öz qərarları ilə qazın bahalaşmasına təsir göstərib, 2021-ci illə müqayisədə mavi yanacağın maya dəyəri 2-3 dəfə artıb. Bu fikri TASS-ın müxbiri, Bundestaqın (parlament) “Almaniya üçün Alternativ” fraksiyasından deputatı, parlamentin enerji və iqlimin mühafizəsi komitəsinin üzvü Şteffen Kotrenin sorğusuna cavab olaraq bildirib.

Almaniya kansleri Olaf Şoltz daha əvvəl iddia etmişdi ki, “tədarükün dayandırılması” ilə Avropada qazın qiymətinin artmasına səbəb Rusiya olub. Deputat bu sözləri yalan hesab edib.

Onun sözlərinə görə, qazın qiyməti maksimuma yalnız 2022-ci ilin avqustunda, yəni Ukraynada hərbi əməliyyatların başlamasından altı ay sonra çatıb. Deputat hesab edir ki, “bu, qiymətlərin artımına qazın tədarükü sahəsində defisit yaradan federal hökumətin qərarları təsir edib.

Oxuməni.az

.