Almaniya Pamirdə su elektrik stansiyasının tikintisinə 10 milyon avro ayıracaq

Almaniya Pamirdə su elektrik stansiyasının tikintisinə 10 milyon avro ayıracaq

13 Dekabr 2023 13:45
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya hökuməti Dağlıq Bədəxşan Muxtar Vilayətinin Roştkala rayonunda Şoxdərə çayı üzərində Sebzor Su Elektrik Stansiyasının (SES) tikintisi üçün 10 milyon avro əlavə qrant ayıracaq. Bu barədə Tacikistanın İqtisadi İnkişafı və Ticarəti məlumat yayıb.

Əlavə maliyyələşdirmə haqqında saziş dekabrın Düşənbədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Almaniya İnkişaf Bankının (KfW) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionu üzrə direktoru Veronika Qarsiya del Arko, KfW-nin Mərkəzi Asiya üzrə regional direktoru Andreas Şnayder və “Pamir Energy” şirkətinin baş direktoru Amrixon Raimov tərəfindən imzalanıb.

Nazirlik qeyd edib ki, indiyədək Sebzor SES-in tikintisinə 84 milyon dollar qrant cəlb edilib. Bu qrant yardımı Avropa İttifaqı, Almaniya hökuməti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İsveçrənin İqtisadi Əməkdaşlıq Katibliyi (SECO) və Dünya Bankı tərəfindən verilmişdir.

Sebzor Su Elektrik Stansiyasının tikintisinə 2015-ci ildə başlanılıb. Onun gücü 11 MVt olacaq. Su elektrik stansiyası bölgənin 227 mindən çox əhalisini və qonşu Əfqanıstanın sərhədyanı rayonlarında 468 min nəfəri enerji ilə təmin edəcək.

Oxuməni.az