Tesla 2 milyondan çox avtomobili geri çağıracaq

Tesla 2 milyondan çox avtomobili geri çağıracaq

14 Dekabr 2023 06:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində (Autopilot) idarəetmə problemini aradan qaldırmaq üçün 2,03 milyon avtomobili geri çağıracağı bildirilir.

ABŞ Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən edilən açıqlamada, Tesla avtomobillərində avtopilot işə salındıqda, sürücünün nəqliyyat vasitəsinin istismarı üçün məsuliyyət daşımadığı və idarə etmədiyi təqdirdə toqquşma riskinin arta biləcəyi ifadə edilib.

Açıqlamada, bu problemi aradan qaldırmaq üçün avtopilotda bir proqram yeniləməsinin tələb olunduğu və Teslanın 2015-ci ilin sonunda avtopilotun aktivləşdirilməsindən sonra istehsal edilən təxminən 2,03 milyon Model X, S, 3 və Y avtomobilini yeniləyəcəyi ifadə edilib.

Xatırladaq ki, Tesla-nın avtopilot sistemi avtomobillərə öz zolaqlarında avtomatik olaraq sükanı idarə etməyə, sürətləndirməyə və əyləc etməyə kömək edir.

Oxuməni.az