Dünya Bankı Ukraynaya 1,34 milyard dollar əlavə maliyyə yardımı ayırdığını açıqlayıb

Dünya Bankı Ukraynaya 1,34 milyard dollar əlavə maliyyə yardımı ayırdığını açıqlayıb

15 Dekabr 2023 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Bankı dekabrın 14-də ölkədə milli və regional səviyyələrdə mühüm dövlət xidmətlərinin göstərilməsi üçün Ukraynaya 1,34 milyard dollar əlavə maliyyə yardımı ayırdığını elan edib. Bu barədə Dünya Bankının saytında məlumat verilib.

“Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi (Sülh)” layihəsi çərçivəsində bu maliyyə paketi yaşlılara pensiyaların ödənilməsinə, məcburi köçkünlərə qrant dəstəyinə, müəllimlərin maaşlarının ödənilməsinə əlavə dəstəyi nəzərdə tutur”, - məlumatda deyilir.

Qeyd olunur ki, maliyyələşdirmə paketi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukrayna Etimad Fondunun kredit vəsaitləri hesabına dəstəklənən 1,086 milyard ABŞ dolları məbləğində Dünya Bankının kreditindən ibarətdir.

Paketə həmçinin Ukraynanın Bərpası və İslahatları Etimad Fondundan (URTF) 190 milyon dollar İsveçrə hökumətindən 20 milyon dollar, ABŞ hökumətindən isə 50 milyon dollar qrant daxildir.

Dünya Bankının bəyanatında deyilir: “Vəsaitlər Dünya Bankı uyğun xərclərin müvafiq təsdiqini aldıqdan sonra Ukrayna hökumətinə köçürüləcək”.

Noyabrın 17-də Ukraynanın Baş naziri Denis Şmıqal Dünya Bankından 1,1 milyard dollarlıq kreditin cəlb olunduğunu açıqlayıb.

Dekabrın 12-də ABŞ-a səfəri zamanı Ukrayna dövlətinin başçısı Vladimir Zelenski Dünya Bankının prezidenti Ajay Banqa ilə görüşdə Ukrayna maliyyə sisteminin gücləndirilməsi yollarını müzakirə edib.

Oxuməni.az