Monqolustanın turizm gəlirləri ilk dəfə olaraq 1 milyard dollara çatıb

Monqolustanın turizm gəlirləri ilk dəfə olaraq 1 milyard dollara çatıb

20 Dekabr 2023 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Monqolustanın turizm gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarına çatıb. Middleasiannews.com bu barədə çərşənbə axşamı ölkənin Ətraf Mühit və Turizm Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

“2023-cü ilin ilk 11 ayında Monqolustana 600 mindən çox xarici turist gəlib. Bu müddət ərzində bu ilin yanvar-noyabr aylarında Monqolustana gələn turistlərin əksəriyyətini rus, çin və cənubi koreyalı turistlər təşkil edib”, - deyə rəsmi məlumatda qeyd olunub.

“Turizm mövsümünün uzadılması və turistlərin sayını noyabr-aprel ayları arasında artırmaq üçün biz qış istirahətinin inkişafı layihəsi üzərində işləyirik”, - deyə idarədən bildirilib.

Bu gün Monqolustanın iqtisadiyyatı əsasən mədənçıxarma və mineral ehtiyatların ixracından asılıdır. Turizm sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsi üçün ən əlçatan həll yolu hesab olunur.

Monqolustan hökuməti iqtisadiyyatını genişləndirmək və pandemiyadan əziyyət çəkən turizm sektorunu inkişaf etdirmək üçün 2023, 2024 və 2025-ci illəri "Monqolustanı Ziyarət İlləri" elan edib.

Oxuməni.az