Belçika Rusiyaya məxsus  aktivlərin müsadirə edildiyi mərkəzə çevrilir

Belçika Rusiyaya məxsus aktivlərin müsadirə edildiyi mərkəzə çevrilir

22 Dekabr 2023 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya hakimiyyəti xaricdəki Rusiya aktivlərinin müsadirə ediləcəyi təqdirdə cavab tədbirləri görəcəyini vəd edir. Hazırda G7 ölkələri bu vəsaitləri Ukraynaya yönəltmək üçün Rusiya Mərkəzi Bankının 300 milyard avroya yaxın məbləğdə dondurulmuş aktivlərinə həbs qoymaq üçün hüquqi imkanlar axtarır.

Rusiyanın maliyyə naziri Anton Siluanov cümə axşamı bildirib ki, Rusiya Avropadakı aktivlərinin müsadirəsinə “simmetrik şəkildə” cavab verəcək. “Əgər belə bir qərar verilərsə, o zaman Rusiya Federasiyasından tamamilə simmetrik cavab veriləcək. Bizim burada dondurulmuş, “C” adlanan hesablarda yerləşən kifayət qədər aktivlərimiz də var”, - Siluanov xatırladıb.

Qeyd edək ki, bazar ertəsi AB Rusiya Federasiyasına qarşı 12-ci sanksiyalar paketi qəbul edilib. Bu da ilk dəfə olaraq Rusiya hüquqi və fiziki şəxslərinin maliyyə aktivlərinin müsadirə edilməsini nəzərdə tutur.

Oxuməni.az