Avropa Rusiya neftinin idxalını 10 dəfə azaldıb

Avropa Rusiya neftinin idxalını 10 dəfə azaldıb

27 Dekabr 2023 18:32
Bəyəndim (0) Bəyənmədim (0)

2023-cü ildə Rusiyanın neft və neft məhsulları ixracının yarısı Çinə gedib, Hindistanın payı isə iki il ərzində 40%-ə yüksəlib. Avropanın payı on dəfə azalıb.

Reuters xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak deyib.

Rusiyanın enerji sektoruna nəzarət edən Novak, “Mövcud vəziyyətdə əsas tərəfdaşlar payı təxminən 45-50%-ə qədər artmış Çin və təbii ki, Hindistandır” dedi.

Onun sözlərinə görə, əvvəllər Hindistana tədarük praktiki olaraq yox idi, lakin iki il ərzində Hindistana tədarükün ümumi payı 40%-ə çatıb”.

Novak əlavə edib ki, Avropanın Rusiya neftinin ixracındakı payı təxminən 40-45%-dən təxminən 4-5%-ə düşüb.

Oxuməni.az

.