ABŞ Rusiya neftinin alış-satışına daha ciddi nəzarət edəcək

ABŞ Rusiya neftinin alış-satışına daha ciddi nəzarət edəcək

27 Dekabr 2023 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Rusiya neftini müəyyən edilmiş 60 dollar/barel limitindən aşağı qiymətə alan ölkələr üçün yeni qaydalar tətbiq edir. Bu barədə RİA Novosti məlumat yayıb.

19 fevral 2024-cü il tarixindən etibarən alıcılardan Rusiya yanacağı ilə əməliyyatlar apararkən bütün logistik xərclər barədə məlumat tələb olunacaq. ABŞ Xəzinədarlığının bəyan etdiyi kimi, bu tədbir dünya bazarında kəsir yaratmadan Rusiyanın neft gəlirlərini mümkün qədər azaltmağa hesablanıb. Ötən ilin dekabrında əvvəllər tətbiq edilən qiymət tavanı gözlənilən nəticəni vermədi.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin 11 ayı ərzində Rusiyanın neft gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə cəmi üçdə bir azalıb. Lakin ekspert bunu həddindən artıq qiymətləndirmə hesab edir.

Oxuməni.az