ABŞ-ın neft ehtiyatları keçən həftə 6,9 milyon barel azalıb

ABŞ-ın neft ehtiyatları keçən həftə 6,9 milyon barel azalıb

29 Dekabr 2023 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 6,911 milyon barel azalıb, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Trading Economics-ə görə, analitiklər orta hesabla 2,7 milyon barel azalma proqnozlaşdırmışdılar.

Benzin ehtiyatları 575 min barel azalıb, distillatlar 833 min barel artıb.

Mütəxəssislər orta hesabla benzin ehtiyatlarının 208 min barel, distillələrin isə 600 min barel artacağını gözləyirdilər.

Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar dekabrın 22-də bitən həftədə 1,508 milyon barel artıb.

Oxuməni.az