Aİ Rusiyadan neft və qaz almağa davam edir

Aİ Rusiyadan neft və qaz almağa davam edir

30 Dekabr 2023 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ ölkələri sanksiyalara baxmayaraq, Rusiyadan neft, qaz və digər faydalı qazıntılar almağa davam edir. Bu barədə “Politico” ilin yekunlarına dair yazır.

“Qərb ölkələri Rusiyanın iqtisadiyyatına zərbə vurmaqla onun hərbi səylərini sarsıtmağa çalışıblar.

Aİ ölkələri fiziki şəxslərə və Rusiya mallarının, o cümlədən kömürün ixracına qarşı 12 sanksiya paketi tətbiq edib. G7 və Aİ ölkələri də Rusiya neftinin ixracına 60 dollar/barel qiymət limiti tətbiq ediblər”, - nəşr xatırladır.

Bununla belə, nəşrin yazdığına görə, ilin ikinci yarısında Rusiyanın gəlirləri yeni bazarlar tapmaq imkanları sayəsində yenidən artıb. “Aİ ölkələri Rusiyanın qalıq yanacaqlarından asılılığını əhəmiyyətli dərəcədə azaldıb, lakin onlar Rusiyanın bəzi enerji ixracatının, xüsusən də qazın böyük alıcıları olaraq qalırlar”, - Politico yekunlaşdırır.

2022-ci ilin dekabrından 2023-cü ilin oktyabr ayının sonuna kimi Aİ ölkələri Rusiyadan 35,7 milyard avro dəyərində qalıq yanacaq alıblar.Bundan başqa, Aİ ölkələri mayeləşdirilmiş təbii qaz üçün Rusiya xəzinəsinə qeyri-maye qazla müqayisədə daha çox (8,4 milyard avro və ya 50,88%) ödəyiblər.

Oxuməni.az