Microsoft dünyanın ən qiymətli brendinə çevrildi

Microsoft dünyanın ən qiymətli brendinə çevrildi

13 Yanvar 18:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Microsoft" dünyanın ən qiymətli brendinə çevrilib. Yanvar ayında texnologiya nəhəngi “Apple”ı qabaqlayıb və son üç ildə ilk dəfə qlobal reytinqdə birinci yeri tutub.

"Reuters"-in məlumatları şirkətlərin bazar dəyərlərində kiçik bir boşluq olduğunu göstərir. "Microsoft" səhmləri 0,5% bahalaşaraq şirkətə 2,859 trilyon dollar bazar dəyəri qazandırıb. Sessiya zamanı 2%-ə qədər bahalaşaraq şirkət qısa müddət ərzində 2,903 trilyon dollar dəyərində qiymətləndirildi.
"Apple"-ın səhmləri 0,3% ucuzlaşıb , şirkətin bazar dəyəri 2,886 trilyon dollar olub.

Oxuməni.az