İslam maliyyə sistemi  dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərir

İslam maliyyə sistemi dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərir

5 Fevral 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Qlobal maliyyə bazarındakı dəyişikliklər və yeniliklər inkişaf üçün geniş imkanlar yaradır və Rusiya da bu dəyişikliyin bir hissəsi olmaq istəyir. Bu çərçivədə 2023-cü il mühüm hadisə ilə yadda qaldı: Rusiyada iki il müddətində eksperimentin aparılmasını nəzərdə tutan İslam bankçılığı haqqında qanun qəbul edildi. Rusiya regionlarında islam maliyyə alətləri və bank xidmətlərindən istifadə üzrə eksperiment 2025-ci ilin sentyabrına qədər aparılacaq və gələcəkdə bütün ölkə ərazisində həyata keçirilə bilər.

KazanForum2024 xarici mətbuat xidmətinin əməkdaşı Lalə Bəndəliyevanın Oxuməni.az-a verdiyi xəbərə görə, Rusiyada İslam maliyyə bazarının potensialı təxminən 11 milyard dollar qiymətləndirilir. Bu, dost ölkələrdən kapital cəlb etmək və maliyyə sektorunda tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün unikal imkan yaradır.

Tatarıstan Respublikasında “Mir” sisteminə əsaslanan ilk İslam debet kartı yaranıb, respublikanın paytaxtı Kazanda isə bütün şəriət standartlarına cavab verən ilk İslam maliyyə şirkətinin partnyor ofisi açılıb.

İslam maliyyə sistemi artıq dünyanın bir çox ölkələrində uğurla fəaliyyət göstərir və Rusiyada tətbiqinin iqtisadiyyatın və maliyyə sektorunun inkişafına töhfə verəcəyinə ümid edilir.

Oxuməni.az