“MyShops” Azərbaycan bazarını fəth edir

“MyShops” Azərbaycan bazarını fəth edir

3 Fevral 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda fəaliyyət göstərən mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biri də dünya şöhrətli "MyShops" mağazalar şəbəkəsidir. Ölkəmizdə fəaliyyət göstərən ilk günlərdən brend elektronika malları ilə yüzminlərlə alıcının rəğbətini və hörmətini qazanan "MyShops" un təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir.

Şirkətin satış və xidmət sahəsində uzun illər təcrübəsi var. Baş ofisi Dubayda yerləşən General Trading MMC-nin törəmə şirkəti olan "MyShops" istənilən mobil cihazların, eko-sistemlərin və məişət texnikasının həm pərakəndə, həm də topdan satışını həyata keçirir. "MyShops"un Azərbaycanda geniş şöhrət qazanmasını onun mağazalar şəbəkəsini ildən-ilə artırmasında da görmək olatr. Bu baxımdan şirkətin Naxçıvan şəhər Heydər Əliyev prospekti 30c ünvanında açdığı yeni mağaza da diqqətəlayiq xoş hadisələrdən biri hesab edilə bilər.

Mağazanın satış direktoru Sultan-Əhmədi Fariz xatırladıb ki, “MyShops” şirkəti Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops General Trading LLC” şirkətinin törəməsidir

O bildirib ki, vətəndaşlar telefonu onlayn şəkildə Dubaydan da sifariş edə bilər: "Məhsulların çatdırılması tamamilə pulsuzdur. Məhsullar express poçt vasitəsilə ən qısa müddətdə göstərilən ünvana çatdırılır. Azərbaycanın istənilən bölgəsindən bütün sifarişlər qəbul edilir. Maksimum iki gün ərzində biz məhsulu Azərbaycanın istənilən bölgəsinə çatdıra bilərik. Məhsullar müştərilərə tam rəsmi zəmanətlə təqdim olunur".

Onun sözlərinə görə, mağazada olan məhsullar kreditlə də verilir: "Myshops" mağazalarında satış ödənişləri nağd, kredit, köçürmə yolu ilə həyata keçirilir: "MyShops" şirkətinin satdığı bütün məhsullar tam orijinal və beynəlxalq standartlara uyğundur. Bundan başqa şirkətin rəsmi servisi "MyService"də mövcuddur və bütün telefonların rəsmi zəmanətlə satışı həyata keçirilir. Mağazalarımız saat 10-dan axşam saat 8-dək fəaliyyət göstərir. Mağazada mobil telefondan əlavə noutbuklar, kompüterlə TV-lər və başqa istənilən elektronik məhsullar da satılır. Müştərilərimiz gəlib məhsullarımızla mağazalarımızda tanış ola bilərlər".

"MyShops" mağazalarında kredit və debet kartlarından istifadə etməklə nağd şəkildə alış-veriş etmək, "BolKart", "BirKar" və "WorldKar" kimi "Taksit" kartları ilə də ödəniş etmək mümkündür. Həmçinin istənilən məhsulu 3/6/12/24 ay müddətinə ilkin ödənişsiz və komissiyasız bank vasitəsilə kreditlə almaq mümkündür.

Onu da qeyd edək ki, şirkət "Apple" şirkətinin və "Xiaomi" şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, "Vertu"nun eksklüziv distribyutorudur və öz məhsullarını istehsalçıların zəmanəti ilə satır. "MyShops" "Apple" ilə yanaşı "Samsung", "Huawei", "Nokia", "Meizu" və s. kimi brendlərin Azərbaycana ilk rəsmi idxalçılarından biridir. Bütün telefonlar ölkənin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və qeydiyyatdan keçib.

“MyShops.az" saytından seçdiyiniz istənilən məhsul qısa müddətdə ünvanına çatdırılır.

Qeyd edək ki, şirkətlər barədə ətraflı məlumatı myshops.az və myshops.ae saytlarından əldə etmək olar.

Yeri gəlmişkən onu da deyək ki, şirkətin alıcıların rəğbətini qazanması onun fəaliyyətini daha da genişləndirilməsi ilə müşayiət olunmaqdadır. Bu da onu göstərir ki, yaxın illərdə "MyShops" Azərbaycanın elektronika malları bazarında aparıcı, lider şirkət kimi yenı zirvələr fəth edəcək.

Oxuməni.az