"Shahbulag Mining" azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərinə öz töhfəsini verən ilk şirkətlərdəndir

"Shahbulag Mining" azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərinə öz töhfəsini verən ilk şirkətlərdəndir

1 İyul 12:17
Bəyəndim (3) Bəyənmədim (0)

Azad edilmiş ərazilərdə yenidənqurma işlərində sahibkarların yaxından iştirak etməsi və bölgənin iqtisadi baxımdan dirçəldilərək oranın Azərbaycanin inkişaf etmiş zonalarından birinə çevrilməsi xüsusi diqqət mərkəzində qalmaqda davam edir.

Bu baxımdan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir çərçivəsində biznes və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələrin təşkil olunması diqqəti cəlb edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət və biznes təmsilçilərinin iştirakı ilə keçirilən birgə tədbirlərin müsbət ənənəyə çevrildiyini, bugünkü görüşün də regionun inkişafına və özəl sektorun güclənməsinə töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib. Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir.

“İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” mövzusunda müzakirələrdə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev tərəfindən azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq üçün təqdim edilən güzəşt və dəstək tədbirləri barədə məlumat verilib.

Çıxışlarda qeyd edilib ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları effektiv biznes qurulmasına mühüm imkanlar açır. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində azad edilmiş ərazilərdə layihələrin uğurla həyata keçirilməsi üçün geniş potensial var.

Bundan əlavə bildirilib ki, azad edilmiş ərazilərdə biznesin,azad sahibkarların fəaliyyətinə geniş imkanlar açılıb, onlar gəlir, torpaq və əmlak vergilərindən azad olunublar. Eyni zamanda onlara kommunal xidmətlər üçün xüsusi güzəştlər tətbiq edilib, biznes kreditlərinin 90 faizinə dövlət zəmanəti verilib kreditlərin 10 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulub. Bu da sahibkarlarln maliyyə resurslarına daha asan çıxış əldə edilməsi deməkdir.

Tədbirdə "Shahbulag Mining" şirkəti də iştirak edib. Şirkəti tədbirdə onun təmsilçiləri Səfər Qəhrəmanov və Zeynal Hüseynov təmsil ediblər. Şirkət daş karxanasında mişar daşlarının istehsalı ilə məşğul olur. Şirkətin təmsilçisi Səfər Qəhrəmanov saytımıza verdiyi müsahibəsində deyib ki, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərində fəal iştirak edirlər. Belə ki, şirkət bölgədə 200 nəfərə yaxın işçisi olan yeni iş yeri açıb. Bu da insanların rifahına, bölgənin çiçəklənməsinə verilən böyük töhfədir. Onun sözlərinə görə, "Shahbulag Mining" bununla kifayətlənmək niyyətində deyil və yeni iş yerlərinin açılması, işğaldan azad edilən torpaqlarımıza qayıdan vətəndaşlarımızın sosial rifahlarının yüksəldilməsi, onların işlə təmin edilməsi sahəsində daha böyük layihələri həyata keçirmək niyyətindədir.

"Biz iş adamları işğaldan azad edilən ərazilərdə fəaliyyətimizi daha da genişləndirərək bölgənin yenidən dirçəldilməsinə, onun cənnət bölgəyə çevrilməsinə verdiyimiz töhfəyə görə özümüzü xoşbəxt hiss edirik və bundan qürur hissi keçiririk",-deyə şirkət rəsmisi bildirib.

Qeyd edək ki, "Shahbulag Mining" daş karxanası hazırda böyük tikinti meydanını xatırladan Qarabağımızda mişar daşına olan ehtiyacın müəyyən qədər ödənilməsində önəmli bir funksiyanı həyata keçirir. Şirkətin istehsalı olan ağ mişar daşları inşa edilən mülki, ictimai obyektlərə özünəməxsus gözəllik bəxş edir, göz oxşayır və insanların qəlblərini fərəh hissi ilə doldurur.

Onu da deyək ki,"Shahbulag Mining" də çalışan fəhlələrə diqqət və qayğı olduqca yüksək səviyyədə təşkil edilib. Burada işçilər gündə 3 dəfə yeməklə təmin edilib, yemək fasiləsində və dincəlmələri üçün müasir tələblərə uyğun şəkildə şərait yaradılıb. Daş karxanasında işləyənlər üçün qalmağa hər cür şəraitə malik müasir yataqxana var.

Şirkətin istehsal imkanları da olduqca yüksək hesab edilir.

"Shahbulag Mining" işğaldan azad edilən ərazilərdə fəaliyyətini daha da genişləndirmək, yeni müəssisələr açmaq, tikinti-quruculuq işlərini daha da genişləndirmək niyyətindədir. Bu da Prezident İlham Əliyevin iş adamlarına göstərdiyi qayğı və diqqətə "Shahbulag Mining" tərəfindən verilən ən önəmli töhfələrdən biri olacaq.

Şirkət rəsmiləri iş adamlarına və sahibkarlara yaradılan geniş imkanlara görə ölkə rəhbərliyinə təşəkkür ediblər və bu sahədə işləri daha da genişləndirərək bölgənin dirçəldilməsinə verdikləri töhfələri bundan sonra da davam etdirəcəklərini bildiriblər.

Bu işdə biz də "Shahbulag Mining" şirkətinə yeni-yeni uğurlar arzulayırıq.

Oxuməni.az