Litva və Polşa enerji sahəsində əməkdaşlığı genişləndirəcəklər

Litva və Polşa enerji sahəsində əməkdaşlığı genişləndirəcəklər

15 İyul 18:33
Bəyəndim (0) Bəyənmədim (0)

Litva və Polşanın elektrik ötürücü sistem operatorları Litgrid və PSE müqavilə imzalayıblar ki, bu müqaviləyə əsasən, Litva və Polşa arasında Harmony Link elektrik bağlantısı dənizin altından deyil, quru üzərində çəkiləcək.

İmzalanmış müqavilə Litvanın Vilkaviskis bölgəsindəki Gijai yeni yarımstansiyası ilə Polşanın Ełk yarımstansiyası, Norki və Viqryai yarımstansiyaları arasında 220 kV gərginlikli ikidövrəli dəyişən cərəyan xəttinin tikintisini nəzərdə tutur. Eləcə də Polşada Ostroleka və Ełk arasında 220 kV gərginlikli xəttin yenidən qurulması nəzərdə tutulub. Yerüstü enerji əlaqə xəttinin marşrutu qismən Rail Baltica dəmir yolu və Via Baltica avtomobil yolu ilə çəkiləcək.

Litgrid və PSE bu ilin sonuna qədər maliyyə və investisiya qərarı qəbul etmək niyyətindədirlər, bununla da Litva və Polşa layihəni maliyyələşdirmək və həyata keçirmək üzrə öhdəliklərini təsdiq edəcəklər. Podratçının seçilməsi üçün tenderin 2026-cı ildə elan edilməsi, quru xəttinin birləşdirilməsinin isə 2030-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Oxuməni.az