2024-cü ilin birinci yarısında 38,2 mindən çox əcnəbi Monqolustana elektron viza alıb
2024-cü ilin birinci yarısında 63 xarici ölkədən ümumilikdə 38 291 nəfər Monqolustan e-vizası alıb. Bu barədə çərşənbə günü Monqolustanın Xarici Vətəndaşlar və Vətəndaşlıq İdarəsi məlumat yayıb.
Hesabat dövründə verilən vizaların ümumi sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 57% artıb.
Hazırda Monqolustanın iqtisadiyyatı əsasən mineral ehtiyatların ixracına əsaslanır. Turizmin təşviqi qlobal rəqabət şəraitində ölkə iqtisadiyyatının şaxələndirilməsi və milli turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün prioritet istiqamətlərdən biri hesab olunur.
Ölkənin Xarici Vətəndaşlar və Vətəndaşlıq İdarəsinin məlumatına görə, 2021-ci il oktyabrın 1-dən Monqolustanda əcnəbilərə elektron vizaların verilməsi xidməti fəaliyyətə başlayıb. 2023-cü ildə ondan 31,2 mindən çox xarici vətəndaş istifadə edib.
Qonaq, işgüzar və ya turist səfəri, habelə elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak etmək üçün daxil olan 99 ölkənin vətəndaşları Monqolustan üçün elektron viza ala bilərlər.
Oxuməni.az


































.jpg)
.jpg)




.jpg)


















.jpg)



























