Slovakiya Ukraynanın Rusiyadan neft tranzitinə qadağa qoymasını şantaj adlandırıb

Slovakiya Ukraynanın Rusiyadan neft tranzitinə qadağa qoymasını şantaj adlandırıb

25 İyul 2024 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Rusiya neftinin öz ərazisindən tranzitinin bir hissəsini dayandırması Slovakiya və Macarıstanın qəsdən şantajıdır. Bu sözləri Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutai-Eştok özünün Facebook səhifəsində videomüraciətində bildirib.

“Ukrayna Slovakiya və Macarıstanı şantaj etmək yolunu tutdu, onun ərazisindən keçən nefti “Lukoyl” şirkətindən bizə çatdırmağa mane oldu. O, hərbi münaqişənin başlanmasından sonra mühüm humanitar yardım göstərən ilklərdən biri olmağımıza baxmayaraq, bu addımı atıb”.

Siyasətçi vurğulayıb ki, Kiyev tərəfindən belə bir qərar qəbuledilməzdir.

Oxuməni.az