Rəqəmsal İnkişaf Nazirliyinin keçmiş rəis müavini Parşinin işi üzrə istintaq başa çatıb
İstintaq Komitəsi Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin keçmiş rəis müavini Maksim Parşinə və “Büdcə və Maliyyə Texnologiyaları” MMC-nin keçmiş baş direktoru Aleksandr Monosova qarşı rüşvətxorluq maddəsi ilə cinayət işi üzrə istintaqı başa çatdırıb. Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
“Parşin və Monosova qarşı cinayət işi başa çatıb və nəzarət orqanı tərəfindən ittiham təsdiqlənib. Təqsirləndirilən şəxslərlə bağlı iş materialları paytaxt məhkəməsinə göndərilib”, - deyə agentliyin mənbəsi qeyd edib.
Moskvanın Xamovniçeski Məhkəməsinin məlumatına görə, iş üzrə məhkəmə baxışı avqustun 21-nə təyin edilib. İyulun 12-də bildirildi ki, Monosov istintaq təcridxanasından buraxılıb, lakin onun barəsində yenidən həbs-qətimkan tədbiri seçilib-seçilməyəcəyi məlum deyil. Monosovun vəkili onun azadlığa buraxılması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Oxuməni.az


























.jpg)
.jpg)




.jpg)


















.jpg)

































