Qazaxıstanda atom elektrik stansiyası ilə bağlı referendumun vaxtı açıqlanıb

Qazaxıstanda atom elektrik stansiyası ilə bağlı referendumun vaxtı açıqlanıb

2 Sentyabr 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Tokayev ictimaiyyətə müraciətində Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendumun tarixini açıqlayıb. Ölkədə ilk AES-in tikilməsi ilə bağlı qərara aydınlıq gətirmək üçün referendum keçiriləcək.

Tokayev çıxışında “Qlobal enerji çatışmazlığının artdığını nəzərə alaraq, bizim etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə çox ehtiyacımız var. Ona görə də hesab edirəm ki, nüvə energetikasının inkişafına böyük diqqət yetirilməlidir. “Bu istehsal növü iqtisadiyyatımızın sürətlə artan tələbatını böyük ölçüdə ödəyə bilər.

Tokayevin bəyanatına görə, ölkədə oktyabrın 6-da ilk atom elektrik stansiyasının tikilib-tikilməməsi ilə bağlı referendum keçiriləcək…

Oxuməni.az