Ulyanovsk-Bakı-Astara yük qatarı sentyabrın sonunda yola düşəcək

Ulyanovsk-Bakı-Astara yük qatarı sentyabrın sonunda yola düşəcək

3 Sentyabr 12:53
Bəyəndim (1) Bəyənmədim (0)

İlk dəfə olaraq Ulyanovsk (Rusiya) - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı yola düşəcək. “TASS” xəbər verir ki, bu barədə Ulyanovsk qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı qərargahının iclasında məlumat verib.
“Rusiya Dəmir Yolları” QSC bu marşrutu Azərbaycan Dəmir Yolları ilə razılaşdırılaraq və səfirliyin, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin və Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə bu ilin avqustunda təsdiqləyib.
Ulyanovskdan Azərbaycana və İrana ilk yük qatarı plana uyğun olaraq bu ayın sonunda yola
düşəcək.Ən azı 70 müxtəlif modifikasiyalı vaqonun uzun yola çıxacağı gözlənilir. Kənd təsərrüfatı məhsulları, sənaye malları, ağac emalı məhsulları - ümumilikdə 3500 tona yaxın yük təyinat yerinə çatdırılacaq.
“İl ərzində 200 min tondan çox ixrac və idxal ediləcəyini gözləyirik. Biz qatara Azərbaycanda və
qonşu ölkələrdə istehsal olunan məhsulların geri yüklənməsi məsələsini də nəzərdən keçiririk”, -
deyə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib.
Hakimiyyət Ulyanovsk məhsullarının Azərbaycana və İrana ixracının 4 dəfə artacağını gözləyir. “Beynəlxalq Əməkdaşlıq və İxrac” və “Kiçik və Orta Müəssisələr” milli layihələri
regionun belə iqtisadi nəticələrin əldə edilməsinə kömək edir. Ulyanovsk artıq daha bir yeni logistik marşrutu işə salmağı da düşünür.