Şimal dəniz marşrutu üzrə əməkdaşlıq regionun inkişafına kömək edəcək

Şimal dəniz marşrutu üzrə əməkdaşlıq regionun inkişafına kömək edəcək

6 Sentyabr 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Şimal dəniz yolu boyunca Çin-Rusiya layihələri regional və qlobal iqtisadiyyatın inkişafına töhfə verəcək. Bu fikri “Global Times” qəzetinin analitikləri bildiriblər.

“Çin və Rusiya arasında Şimal Dəniz Yolu boyunca əməkdaşlıq region iqtisadiyyatının inkişafına təkan verir”, - nəşr vurğulayır.

Nəşr qeyd edir ki, “Qərbdə bəziləri Arktika məsələlərində Çin və Rusiya Federasiyası arasında qarşılıqlı əlaqəni yanlış şərh etməyə meyllidirlər”, halbuki onların birgə səyləri “qarşılıqlı maraqlara əsaslanır.

Analitiklər deyirlər ki, “Çin gəmiçilik şirkətlərinin Şimal Dəniz Marşrutuna göstərdiyi böyük maraq onların yeni iş imkanlarını ələ keçirmək istəyini əks etdirir”.

Onlar bu sahədə əməkdaşlıq üçün böyük potensiala diqqət çəkirlər. “Şimal dəniz yolu əsas Arktika gəmiçilik marşrutlarından biridir və Avropanı Asiya ilə birləşdirən ən qısa dəniz yolu kimi tanınır və bir çox üstünlüklərə malikdir”.

Oxuməni.az