Hindistan plastik tullantıların həcminə görə  lideridir

Hindistan plastik tullantıların həcminə görə lideridir

9 Sentyabr 20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın illik plastik tullantıları emissiyası 9,3 milyon tona çatıb ki, bu da qlobal ümumi həcmin beşdə birinə bərabərdir, Nature elmi jurnalı bildirir.

Jurnalın məlumatına görə, ölkədə bu cür tullantıların demək olar ki, 53 faizi yığılmır.

“Ölkənin plastik tullantılarının 53%-i 255 milyon insanın payına düşür. Qalan tullantıların çoxu poliqonlarda açıq yandırmanın nəticəsidir.

Nəşrin məlumatına görə, plastik tullantıların ən yüksək göstəriciləri Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Afrika ölkələrində qeydə alınıb, lakin Hindistan antireytinqdə ən yaxın liderləri 2,5 dəfədən çox ötüb. Məsələn, Nigeriyada plastik tullantıların illik həcmi 3,5 milyon ton, İndoneziyada 3,3 milyon ton, Çində 2,8 milyon ton təşkil edib.

Nature qeyd edir ki, elm adamlarının əvvəlki araşdırmalarında Çin plastik tullantılar üzrə lider idi.

Oxuməni.az