Avropa Komissiyası dönərlə bağlı mübahisəni həll etmək üçün Türkiyə və Almaniyaya 6 ay vaxt verib

Avropa Komissiyası dönərlə bağlı mübahisəni həll etmək üçün Türkiyə və Almaniyaya 6 ay vaxt verib

27 Sentyabr 16:30
Bəyəndim (13) Bəyənmədim (0)

Avropa Komissiyası (AK) Türkiyə və Almaniyaya bu yeməyin kimliyi, resepti və verilmə üsulu ilə bağlı dönər kababı mübahisəsini həll etmək üçün altı ay vaxt verib. Bu barədə “The Economist” yazır.
“AK Türkiyə və Almaniyaya altı ay vaxt verib ki, dönərin resepti ilə bağlı kompromis əldə etsinlər və bu milli yeməyin kimə məxsus olduğunu müəyyənləşdirsinlər”, - materialda deyilir. Onlar əlavə ediblər ki, ölkələr resept və təqdimatla bağlı fikir ayrılığına malikdir. Türkiyə ənənəvi üsulunu qorumağa can atır, Almaniya isə türk mühacirləri sayəsində yeməyi uyğunlaşdırıb. Almaniya prezidenti dönəri milli yemək adlandırıb.
“The Economist” yazır ki, Türkiyə iki il əvvəl Avropa İttifaqından (AB) bəzi ətlərin istifadəsini və bişirmə üsullarını tənzimləyərək dönər kabab reseptini qorumağı xahiş edib. Məsələn, toyuq, mal və quzu məqbuldur, dana və hinduşka əti qəbul edilmir.
Türkiyə Almaniyadakı türk miqrantlar sayəsində dönərin Avropada məşhur olduğunu iddia edir. 1970-ci illərdə Almaniyada miqrant işçilər onu kələm və souslu pide çörəyində, Türkiyədə isə daha çox yan yeməklərlə lavaşda təqdim etməyə başladılar.
Türkiyə məqsədinə çatarsa, dönər kababı Avropada başqa adla satmaq lazım gələcək. Onun satışları ildə 3,5 milyard avro təşkil edir ki, bunun da 2,3 milyardı Almaniyadan gəlir.


Almaz Həsənli