Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər

Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər

1 Oktyabr 11:19
Bəyəndim (8) Bəyənmədim (0)

Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu vəzifəni tutmaqdan imtina edirlər. Bu barədə Türkiyənin “tgrthaber” nəşri məlumat yayıb.
Belə ki, Elazığda qoyun sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Aylıq 70 min türk lirəsi (3480 manat) maaş və pulsuz yemək, içki, mənzil və geyim təklif etmələrinə baxmayaraq, bu vəzifəyə işçi tapmaq faktiki olaraq mümkün deyil.
Yerli sürü sahibi Nurettin Çelenk bir vaxtlar 500 qoyunu olduğunu, lakin çoban tapa bilmədiyi üçün heyvanlarının çoxunu satmaq məcburiyyətində qaldığını deyib. Çoban tapmayan Çelenk qalan heyvanlara özü baxır. O deyir ki, əvvəllər çobanlar borc istəyirdilər, indi isə “internet tələb edirlər”.
Çobanlar internetə çıxışı olmadan qoyun otarmaqdan imtina edirlər, onlar sürü sahiblərindən Tik- Tok izləmək üçün onlara ən azı 30 GB mobil internet ödəmələrini istəyirlər.
Onu da əlavə edək ki, 70 min lirə (3480 manat) maaş Türkiyə üçün kifayət qədər yüksəkdir. Belə ki, məsələn, hüquqşünas orta hesabla 15-56 min lirə (750-2800 manat), müəllim isə 13-15 min lirə (650-750 manat) maaş alır. Prokurorun maaşı 40-45 min lirə (2000-2250 manat), əczaçının maaşı isə 30-100 min lirədir (1500-5000 manat).
Almaz Həsənli