Çin avtomobilləri qərb brendlərinin tərk etdiyi Rusiya zavodlarında yığır

Çin avtomobilləri qərb brendlərinin tərk etdiyi Rusiya zavodlarında yığır

10 Oktyabr 15:12
Bəyəndim (9) Bəyənmədim (0)

Çinin “Chery” şirkəti Rusiya Federasiyasında əvvəllər “Volkswagen”, “Mercedes-Benz” və “Nissan” şirkətlərinə məxsus üç fabrikdə avtomobillərin yığılmasına başlayıb, mənbələr “Reuters”-ə bildiriblər.

Əksər qərb brendləri Ukraynanın işğalı səbəbindən Rusiya bazarını tərk etdikdən sonra Çin avtomobil istehsalçıları tez bir zamanda satışların əhəmiyyətli bir hissəsini tutdular və yerli istehsalını genişləndirməyə başladılar.

“Chery” Rusiyada öz fabriklərini qurmağı planlaşdırmır, lakin onun modelləri, xüsusən “Tiggo” və “Exeed” artıq Kaluqa, Sankt-Peterburq və Moskva yaxınlığındakı Yesipovo kəndindəki zavodlarda istehsal olunur. Əvvəllər “Nissan”-a məxsus olan fabriklərdən biri indi yeni “Xcite X-Cross 7” brendi altında “Tiggo 7” modelini istehsal edir.

“Chery” modellərinin istehsalı, avtomobillər demək olar ki, tamamilə Çində yığıldıqda və istehsalın son mərhələləri Rusiya müəssisələrində həyata keçirildiyi zaman SKD (semi knocked down) adlandırılan sistemə uyğun olaraq təşkil edilir. Bu, şirkətə logistikanı optimallaşdırmağa və Moskvanın artırdığı, istehsalın lokallaşdırılmasını stimullaşdıran idxal avtomobilləri üçün yüksək gömrük rüsumlarından qaçmağa imkan verir.

“Chery” Rusiyadakı fəaliyyətinə diqqət çəkməməyə çalışır, çünki Moskva ilə sıx əməkdaşlıq Qərbdə mənfi reaksiyaya səbəb ola bilər. Bununla belə, “Chery”-nin yerli satışları sürətlə artır: şirkət artıq 2023-cü ildə satışlarını əvvəlki illə müqayisədə təxminən dörd dəfə artırıb və 2024-cü ildə bu rəqəmi ötüb.

Almaz Həsənli