
Çinli avtomobil istehsalçısı Chery Türkiyədə 1 milyard dollarlıq zavod tikəcək
Çin avtomobil istehsalçısı Chery Automobile Co. Türkiyədə 1 milyard dollarlıq elektrik avtomobil zavodu tikməyi planlaşdırır.
Türkiyənin Samsun şəhərindəki Chery zavodu ildə 200 min avtomobil istehsal edə biləcək, Türkiyə Sənaye Nazirliyinin açıqlamasında bildirilir. Bundan əlavə, Chery bu zavodda avtomobil hissələri istehsal etməyi planlaşdırır.
Layihəyə həmçinin 5000 iş yerinin yaradılması nəzərdə tutulan tədqiqat və inkişaf mərkəzinin yaradılması da daxildir.
Chery zavodunun açılışı Çin avtomobil istehsalçılarının Aİ ilə gömrük razılaşması olan və məhsullarının Avropaya ixracı üçün mərkəzə çevrilən Türkiyədə mövcudluğunu genişləndirəcək. Ötən il BYD Co. da ölkədə 1 milyard dollarlıq zavod tikmək planını açıqlamışdı.
Ölkənin özü böyük bir bazardır, elektrik avtomobilləri keçən il Türkiyədə bütün yeni avtomobil satışlarının 11%-ni təşkil edib.
Əziz Mustafa, Oxuməni.az