
ABŞ-ın idxal olunan avtomobillərə rüsum tətbiq etməsinə Kanada sərt qaydada cavab verəcək
Donald Trampın idxal olunan avtomobillərə 25% rüsum tətbiq etməsinə, Kanada olduqca sərt şəkildə cavab verəcək. Bunu Kanadanın baş naziri Mark Karni deyib.
"Biz avtomobil sənayemizi, işçilərimizi, şirkətlərimizi və ölkəmizi birlikdə qoruyacağıq", deyə o bəyan edib. Tariflər çox güman ki, Şimali Amerikanın yüksək inteqrasiya olunmuş avtomobil sənayesinə zərər verəcək, Reuters xəbər verir.
Bundan əlavə, Kanada artıq ABŞ-a 155 milyard Kanada dolları məbləğində cavab tarifləri paketini elan edib. Ölkənin bəyanatına görə, onlar Trampın hərəkətlərindən asılı olaraq mərhələlərlə təqdim olunacaqlar.
Kanadanın nə vaxt cavab tədbirlərinə əl atacağı ilə bağlı suala cavabında Karni bunun tezliklə baş verəcəyini desə də, təfərrüatları açıqlamayıb.
"Bizim variantlarımız var. Biz cavab rüsumları tətbiq edə bilərik", - baş nazir bildirib.
ABŞ-a göndərilən mallara ixrac rüsumlarının tətbiqi kimi qeyri-tarif tədbirləri üzərində düşünən Karni tezliklə Trampla danışmağın məqsədəuyğun olacağını söylədi. Karni martın əvvəlində baş nazir vəzifəsinə başlayandan bəri iki lider danışmayıb.
Xatırladaq ki, çərşənbə günü, martın 26-da Donald Tramp Birləşmiş Ştatlara daxil olan bütün avtomobillərə 25%-lik tarif tətbiq edəcəyini açıqlamışdı (söhbət xaricdə istehsal olunan alqı-satqı üçün avtomobillərin idxalından gedir). Trampın daha əvvəl təxirə saldığı yeni tədbirlər aprelin 2-dən qüvvəyə minəcək. Eyni zamanda o qeyd edib ki, əgər şirkət ABŞ-da avtomobil istehsal edərsə, o zaman heç bir tarif olmayacaq.
Əziz Mustafa, Oxuməni.az