
BVF Ukraynaya 400 milyon dollar kredit ayrılmasını təsdiqləyib
BVF-nin Direktorlar Şurası Ukrayna üçün Genişləndirilmiş Fond Proqramının yeddinci nəzərdən keçirilməsini başa çatdırıb. Bu, BVF-nin dəstəklədiyi proqram çərçivəsində ümumi ödənişləri 10,1 milyard ABŞ dollarına çatdıracaq.
BVF-in məsələ ilə bağlı açıqlamasında deyilir ki, çətin şərtlərə baxmayaraq, Ukrayna iqtisadiyyatı dayanıqlı və performansı güclü olaraq qalır. Səlahiyyətli orqanlar dekabrın sonunda bütün kəmiyyət performans meyarlarına baxış həyata keçirib. Məlum olub ki, Ukrayna qurumun bütün meyarlarına cavab verir.
Yardım proqramı 31 mart 2023-cü ildə təsdiqlənib və ümumi dəyəri 148,8 milyard ABŞ dolları olan beynəlxalq dəstək paketinin bir hissəsidir.
“Ukraynanın BVF tərəfindən dəstəklənən proqramı son dərəcə yüksək qeyri-müəyyənlik dövründə fiskal, xarici və makro-maliyyə sabitliyini dəstəkləyən siyasətləri möhkəmləndirməyə kömək edir”, - açıqlamada deyilir.
Əziz Mustafa, Oxuməni.az