
Çin uçan taksilər üçün ilk iki lisenziya verib
Çin uçan taksi sənayesinin yaradılması istiqamətində əhəmiyyətli bir addım ataraq, onlar üçün fəaliyyət icazəsi verən ilk ölkə olub. “South China Morning Post” xəbər verir ki, iki şirkət, “EHang Holdings” və “Hefei Hey Airlines”, Çinin Mülki Aviasiya Administrasiyasından (CAAC) onlara şəhər turları da daxil olmaqla kommersiya xidmətləri göstərməyə icazə verən sertifikatlar alıblar.
“Citic Securities”in hesabatına görə, bu, artıq lazımi növ, istehsal və uçuşa yararlılıq sertifikatlarını almış hər iki şirkət üçün ən son tənzimləmə maneəsini göstərir. Mütəxəssislər hesab edirlər ki, aşağı hündürlüklü turizm sənayenin inkişafına töhfə verərək yeni biznesin əsasına çevriləcək.
Pekin aşağı hündürlük texnologiyalarını, o cümlədən dronları və uçan avtomobilləri iqtisadi inkişafın əsas drayveri kimi görərək fəal şəkildə dəstəkləyir. Baş nazir Li Çyan digər yüksək texnologiyalarla yanaşı bu sektorun da əhəmiyyətini vurğulayıb.
Almaz Həsənli