
Tramp: Yeni tariflər gündə 2 milyard dollar gətirir
ABŞ-a idxal olunan mallara tətbiq edilən rüsumlar hər gün ABŞ xəzinəsinə 2 milyard dollar gəlir gətirir.
Oxuməni.az “RT”-yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.
Onun sözlərinə görə, 70-dən çox ölkə Vaşinqtonla tariflərlə bağlı danışıqlara hazırdır.
" İşlər çox yaxşı gedir,"- ABŞ prezidenti deyib. Dövlət başçısının sözlərinə görə, yeni rüsumlarla bağlı ölkələrlə razılaşmaların əldə olunması istiqamətində də işlər aparılır.
Aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp 185 ölkədən idxal olunan mallara 10% rüsum tətbiq edib. Aprelin 9-dan ayrı-ayrı ölkələr üçün güzgü tarifləri tətbiq olunacaq. Çindən gələn mallar üçün rüsum 104% olacaq. Donald Tramp bu tarifi Pekinin cavab tarifləri səbəbindən tətbiq edib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Çin hakimiyyəti tarifləri müzakirə etmək qərarına gəlsə, Donald Tramp “inanılmaz dərəcədə səxavətli” olacaq. “CNN”-in məlumatına görə, tariflərin mümkün yumşaldılması hazırda Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə müzakirə olunur.
Almaz Həsənli