Trampın tətbiq etdiyi rüsumlara görə onun şirkətləri yarım milyard dollar itirib

Trampın tətbiq etdiyi rüsumlara görə onun şirkətləri yarım milyard dollar itirib

9 Aprel 14:54
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp yeni gömrük rüsumlarının tətbiqindən sonra yarım milyard dollar itirib, “Forbes” yazır.

Nəşrin hesablamalarına görə, Trampın sərvəti ona məxsus şirkətlərin səhmlərinin dəyərinin azalması fonunda 4,7 milyard dollardan 4,2 milyard dollara düşüb.

“Forbes” qeyd edir ki, Trampın ən böyük itkisi onun ən qiymətli aktivi olan “Trump Media and Technology Group”undan gəlir. Şirkətin dəyəri son üç ticarət günü ərzində 8% azalaraq oktyabr ayından bəri ən aşağı qiymətə düşüb. Çərşənbə günü 2,2 milyard dollar dəyərində olan Trampın payı indi 2 milyard dollar dəyərindədir.

Amerika prezidentinin kommersiya daşınmaz əmlak portfelinin dəyəri əvvəlki 660 milyon dollardan bu müddət ərzində 570 milyon dollara düşüb.

Tramp, ehtimal ki, gəlirinin bir hissəsini saxladığı kriptovalyuta qiymətlərinin düşməsi səbəbindən də pul itirib. Tramp aktivləri, “Forbes”-ə görə, ən azı 240 milyon dollar dəyər itirib.

Almaz Həsənli