Tramp: TikTok razılaşması ABŞ-Çin ticarət mübahisəsi həll olunana qədər təxirə salınıb

Tramp: TikTok razılaşması ABŞ-Çin ticarət mübahisəsi həll olunana qədər təxirə salınıb

11 Aprel 10:33
Bəyəndim (4) Bəyənmədim (0)

TikTok müqaviləsi ABŞ-Çin ticarət mübahisəsi həll olunana qədər təxirə salınacaq. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

"Aydındır ki, hazırda Çin, mən deyərdim ki, onu (TikTok müqaviləsi) imzalamağa o qədər də həvəsli deyil. Bizim çox yaxşı insanlarla, bəzi çox zəngin şirkətlərlə razılaşmamız var, onlar bu işin öhdəsindən gələcəklər. Ancaq Çinlə bundan sonra nə olacağını görmək üçün gözləmək məcburiyyətində qalacağıq," – prezident vurğulayıb.

Almaz Həsənli