"Lukoyl" sanksiyalar tətbiq olunduqdan sonra ABŞ-dan xarici aktivlərinin satışı üçün möhlət istəyib

"Lukoyl" sanksiyalar tətbiq olunduqdan sonra ABŞ-dan xarici aktivlərinin satışı üçün möhlət istəyib

Bəyəndim (2) Bəyənmədim (0)


Neft şirkəti "Lukoyl", “Reuters” agentliyinin üç mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Xəzinədarlığına sanksiyalar tətbiq olunduqdan sonra əməliyyatları başa çatdırmaq üçün müddətin uzadılması barədə müraciət edib.
ABŞ Xəzinədarlığının Xarici Aktivlərin Nəzarəti İdarəsi "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edərkən, şirkətlərin bütün əməliyyatlarının, o cümlədən xarici aktivlərinin satışı üzrə əməliyyatlarının 21 noyabra qədər başa çatdırılması üçün bir müddət müəyyən edib.
“Reuters” mənbələrinin məlumatına görə, "Lukoyl" möhlət istəyir, çünki şirkət mövcud öhdəliklərini yerinə yetirmək və xarici aktivlərinin satışı ilə bağlı təklifləri araşdırmaq üçün daha çox vaxta ehtiyac duyur.
Şirkət bu məsələ ilə bağlı şərh verməyib.
Almaz Həsənli