Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

Bəyəndim (2) Bəyənmədim (0)

Qazaxıstan Azərbaycandan 700 konteyner tutumuna malik iki gəmi almağı planlayır.

Oxuməni.az-ın CaspianLife-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün hökumət iclasında Qazaxıstanın Nəqliyyat naziri Nurlan Sauranbayev məlumat verib. O, sərhəd keçid mərkəzlərinin nəqliyyat infrastrukturu ilə təminatı haqqında hesabat verib.

Qazaxıstan Baş Nazirinin mətbuat xidmətinin məlumatına görə, Xəzər düyünü çərçivəsində Aktau və Kurık dəniz limanlarının müasirləşdirilməsi istiqamətində işlər sürətlə davam edir. İl sonuna qədər Aktau limanında konteyner mərkəzinin birinci mərhələsinin tikintisi Çin şirkəti Lianyunqan ilə birgə başa çatdırılacaq. Ümumilikdə, layihənin həyata keçirilməsi ilə konteyner mərkəzinin gücü illik 200 min TEU-ya çatdırılacaq. Həmçinin, Aktau limanında limanın dərinləşdirilməsi və iskelelərin müasirləşdirilməsi layihələri həyata keçirilir.

"Kurık limanında "Sarcza" çoxfunksiyalı terminalının tikintisi layihəsi həyata keçirilir. 2027-ci ilə qədər Xəzər dənizi vasitəsilə konteyner daşımalarının artırılması məqsədilə Azərbaycandan 700 konteyner tutumuna malik iki gəmi alınması planlaşdırılır. Eyni zamanda, limanlara gedən dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması istiqamətində işlər aparılır. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürücülük qabiliyyətini 30 milyon tona çatdırmağa imkan verəcək", - Nurlan Sauranbayev əlavə edib.

Almaz Həsənli